00:00:00
Yazar
Admin User
20.08.2025 08:27 102 1 dəq oxuma
Dünya

Rusiya neftinin Slovakiyaya tədarükü bərpa edilib

Rusiya neftinin Slovakiyaya tədarükü bərpa edilib

Rusiya neftinin "Dostluq" boru kəməri ilə Slovakiyaya nəqli bərpa edilib.

 

“İnformator.az" xəbər verir ki, bu barədə Slovakiyanın vitse-prezidenti, iqtisadiyyat naziri Denisa Sakova bildirib.

 

"Slovakiya Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Transpetrol” dövlət şirkəti neft tədarükünün bərpa olunduğunu qeydə alıb", - məlumatda bildirilib. Bununla belə, tədarükün həcmi dəqiqləşdirilmir. O qeyd edib ki, neft tədarükü ştat rejimdə həyata keçirilir. Qeyd edək ki, avqustun 18-i gecə Rusiyanın Tambov vilayətindəki "Nikolskoye" neft nasos stansiyasına endiriln zərbədən sonra "Dostluq" boru kəməri ilə neft nəqli tamamilə dayandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər