00:00:00
Yazar
Güllər Gülhüseynova
21.06.2026 12:18 13 1 dəq oxuma
Dünya

Rusiya ordusu Poltavanı bombalayıb

Rusiya ordusu Poltavanı bombalayıb

Rusiya qoşunlarının Ukraynanın Poltava bölgəsinə hava hücumu nəticəsində iki nəfər həlak olub, 13 nəfər yaralanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Vitali Dyakovniç özünün Telegram kanalında məlumat verib.

 

"Dünən düşmən Poltava rayonuna hücum edib, iki müəssisəyə zərbə endirilib. Yaralananların sayı 13-ə çatıb, onlardan altısı uşaqdır. Təəssüf ki, dağıntılar altından bir cəsəd tapılıb. Daha bir nəfər xəstəxanada ölüb", - deyə o yazıb.

 

Onun sözlərinə görə, hücum nəticəsində biznes binalarına, avtomobillərə və yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib, həmçinin elektrik kəsintisi yaranıb: 

 

"Energetiklər elektrik təchizatını bərpa etmək üçün çalışırlar".

#rusiya #azərbaycan #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər