00:00:00
Yazar
Admin User
03.09.2025 16:55 103 1 dəq oxuma
Yoxdur

Rusiya Prezidenti ilə Şimali Koreya lideri arasında görüş keçirilib

Rusiya Prezidenti ilə Şimali Koreya lideri arasında görüş keçirilib

 

Rusiya Prezidenti Vladimir Putinin və Şimali Koreya lideri Kim Çen İn Pekində Diaoyutai iqamətgahında ikitərəfli görüş keçiriblər.

 

Mövzu ilə əlaqədar olaraq politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya ilə Şimali Koreya münasibətlərinin Cənubi Qafqaza aidiyyəti yoxdur:

 

"Rusiyanın Şimali Koreya ilə yaxınlaşması Ukrayna məsələsi ilə bağlıdır. Bu məsələ tək Rusiyaya sərf etmir, bu həm də Şimali Koreyaya sərf edir.Çünki orda Koreyalılar döyüş təlimləri ilə tanış olurlar. Rus hərbçiləri onlara rus silahlarını necə idarə etməyin üsulları öyrədilir. Həmçinin bunun qarşılığında Şimali Koreya silahla təmin edilir. Bu da Şimali Koreya rəhbərliyinə sərf edir. Buna görə də 2 tərəfli münasibətlər də çox mühüm bir məqamdır. Ola bilər ki, yenidən Şimali Koreya hərbçilərinə ehtiyac olsun. Çünki Rusiya payıza doğru işğal edilməmiş ərazilər üçün yeni hücüm planları hazırlaya bilər və burda da Şimali Koreya hərbçlərinə ehtiyac duyula bilər. Rusiya və Şimali Koreya münasibətlərinin Rusiyanın qonşularına, xüsusilə Cənubi Qafqaza hansısa bir təsirinin olacağını düşünmürəm.Şimali Koreya və Rusiya arasındakı ittifaqa əsasən Ukraynadakı əməliyyatlara qarşı yönəlib.Hazırda Rusiyanın Cənubi Qafqazdakı münasibətləri soyuq olsa da, amma burda Şimali Koreyanın iştirakı absurd bir məsələdir, hər hansısa təsirinin olacağını düşünmürəm. Rusiya Şimali Koreya ittifaqı yalnız Ukrayna məsələsi ilə bağlıdır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər