00:00:00
Yazar
Admin User
07.01.2026 09:20 69 1 dəq oxuma
Dünya

Rusiya tankerini ABŞ-dən qorumaq üçün hərbi gəmi göndərib

Rusiya tankerini ABŞ-dən qorumaq üçün hərbi gəmi göndərib

Rusiya ABŞ tərəfindən təqib edilən neft tankerini müşayiət etmək üçün hərbi gəmi göndərib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

 

Məlumata görə, Rusiya qeydiyyatından keçmiş Venesuela tankeri “Marinera” transponderi işlək vəziyyətdə İslandiya və Böyük Britaniya arasında Atlantik okeanında üzür:

 

“Oradan Baltik dənizinə və ya Skandinaviya ətrafından Murmanska gedə bilər. Rusiya tankeri qarşılamaq və müşayiət etmək üçün ən azı bir hərbi gəmi göndərib”.

 

Qeyd edək ki, tankerin Rusiya qeydiyyatına baxmayaraq, ABŞ-nin onu ələ keçirmək üçün cəhd etdiyi barədə iddia yayılıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər