Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
Sabah Yekaterinburqda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Baş naziri Mixail Mişustinin görüşü keçiriləcək.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 6-da hər iki ölkənin hökumət başçıları Rusiyanın Sverdlovsk vilayətinin paytaxtında keçiriləcək XVI Beynəlxalq Sənaye Sərgisi – “İnnoprom”da iştirak edəcəklər.
Bu, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Nikol Paşinyanın Rusiyaya ilk səfəri olacaq