Rusiya vətəndaşlarını İranı Azərbaycan və Ermənistan vasitəsilə tərk etməyə çağırıb
Rusiyanın Tehrandakı səfirliyi regionda artan hərbi gərginlik fonunda öz vətəndaşlarına müraciət edərək İranı tərk etmək üçün optimal marşrutları açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiyanın İrandakı diplomatik nümayəndəliyinin yaydığı rəsmi məlumatda bildirilib.
Səfirlik yaranmış vəziyyətlə bağlı diplomatik korpusun fəaliyyətini gücləndirdiyini qeyd edərək, ölkədən çıxış üçün iki əsas quru yolunu tövsiyə edib, Astara (Azərbaycan) və Nurduz/Aqarak (Ermənistan) keçid məntəqələri.
Məlumatda xüsusi olaraq vurğulanıb ki, Azərbaycan sərhədinin keçilməsi üçün rəsmi Bakıdan öncədən zəruri icazələrin alınması mütləqdir. Diplomatik nümayəndəlik vətəndaşlarına müraciət edərək, yollarda hərəkət zamanı maksimum ehtiyatlı olmağı, ayıq-sayıqlığı qorumağı və yerli hakimiyyət orqanlarının təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.
