Rusiya və Ukrayna cəbhədə həlak olanların cəsədləri və hərbi əsirləri dəyişdirir
Rusiya və Ukrayna cümə günü (15 may) əsirləri və həlak olmuş əsgərlərin cəsədlərini qarşılıqlı şəkildə dəyişdirib. Bu mübadilə Ukrayna rəsmilərinin Moskvanın münaqişə başlayandan bəri son 48 saat ərzində ən böyük hava hücumunu həyata keçirdiyini bildirdiyi bir vaxta təsadüf edib.
Rusiyanın dövlət xəbər agentliyi “RIA Novosti”nin məlumatına görə, Rusiya Ukraynaya 526-dan çox əsgər cəsədi təhvil verib, əvəzində isə 41 cəsəd alıb. Həmçinin hər iki tərəf 205 hərbi əsiri qarşılıqlı şəkildə dəyişib.
Ukrayna rəsmiləri bildiriblər ki, Moskvanın son iki gündə həyata keçirdiyi genişmiqyaslı hava hücumları zamanı Kiyev və digər şəhərlər yüzlərlə dronla vurulub.
Kreml isə daha əvvəl bu ay bildirmişdi ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən üç günlük atəşkəs çərçivəsində Kiyevlə əsir mübadiləsinə razılaşıb.
ANEWZ
Lalə Qurbanlı