00:00:00
Yazar
Ayşən Səlimova
11.03.2026 20:49 17 1 dəq oxuma
Dünya

Rusiya Venesiya Biennalesinə qəbul edilib

Rusiya Venesiya Biennalesinə qəbul edilib

Dünyanın aparıcı beynəlxalq incəsənət tədbirlərindən biri olan Venesiya Biennalesinə bu il Rusiyanın qəbul edilməsi qərarı beynəlxalq səviyyədə müzakirələrə səbəb olur.

 

Ukrayna bienalenin “müharibə cinayətlərini ağlama səhnəsinə” çevrilməməsi üçün çağırış edərkən, Avropa İttifaqı isə bienal üçün ayrılan maliyyəni geri çəkə biləcəyi barədə xəbərdarlıq edib. Rusiya 2022-ci ildə Ukraynanı işğal etdikdən sonra Avropada mədəni tədbirlərdən kənarlaşdırılıb və Venesiya Biennalesinin rəhbərliyi də həmin il tədbirlərində Rusiya hökuməti ilə əlaqəli rəsmi nümayəndə heyətlərinin, qurumların və şəxslərin iştirakını qəbul etməyəcəklərini açıqlayıb. Sağ yönlü koalisiya hökumətinin 2024-cü ildə Bienal Fondunun prezidenti təyin etdiyi Pietrangelo Buttafuoco isə bu ilin may ayında başlayacaq bienalə Rusiyanın da daxil edilməsi qərarını verib. Buttafuoco sənətin dialoq mühiti olduğunu və senzuraya qarşı olduğunu bildirib.

 

 

 BBC NEWS

 Səmayə Səftərova

#gündəm #yeni #venesiya #rusiya #edilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər