00:00:00
Yazar
Elmira Ağayeva
26.06.2026 20:57 18 1 dəq oxuma
Siyasət

Rusiya XİN Moldovanın səfirini nazirliyə çağırıb

Rusiya XİN Moldovanın səfirini nazirliyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi Kişinyov hava limanında Rusiya diplomatik kuryerlərinin saxlanılması ilə əlaqədar etirazını bildirmək üçün Moldovanın Moskvadakı səfiri Lilian Dariini nazirliyə çağırıb.

 

Nazirliyin bəyanatına görə, bu hadisə 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının pozulması hesab olunur.


Səfirə rəsmi şəkildə kəskin etiraz bildirilib və ona şifahi nota təqdim olunub.


Rusiya XİN vurğulayıb ki, Vyana Konvensiyasının 27-ci maddəsinə əsasən diplomatik kuryerlər şəxsi toxunulmazlıq hüququna malikdirlər və onlar heç bir formada həbs və ya saxlanmaya məruz qala bilməzlər. Həmçinin diplomatik yazışmaların açılması və ya saxlanılması qadağandır.

 

TASS 
Nuray Əliyeva

#Rusiya #Moldova
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər