Rusiya Zaporojyeni vurub: ölü və yaralılar var
Rus ordusu Zaporojye şəhərində yaşayış məntəqəsinə hücum edib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorov Teleqram hesabında məlumat verib.
Məlumata görə, raket hücumu nəticəsində bir nəfər ölüb, yeddi nəfər isə yaralanıb.
O qeyd edib ki, bölgədə ballistik raket hücumu təhlükəsi var.