00:00:00
Yazar
Admin User
15.08.2025 13:06 133 1 dəq oxuma
Hadisə

Rusiyada barıt zavodu partlayıb: 5 ölü, 100 yaralı

Rusiyada barıt zavodu partlayıb: 5 ölü, 100 yaralı

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 74 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. 100-ə yaxın işçi təxliyə olunub. Partlayışın səbəbi barıt istehsal olunan sexdə təhlükəsizlik qaydalarının pozulması göstərilib. Rusiyanın Ryazan vilayətinin Şilovo rayonunda yerləşən “Elastik” zavodunda baş verən partlayış nəticəsində yaralananların sayı 100 nəfəri keçib. Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər