Rusiyada cinayətkar dəstə yaradan erməni idmançı saxlanılıb
Rusiyanın Tula şəhərində 36 yaşlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Tiqran Ohanesyan saxlanılıb. İlkin məlumatlara görə, o, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə ilə məşğul olan cinayətkar qrupun rəhbəri olub.
"İnformator.az" xəbər verir ki, “Tula uğrunda döyüş” turnirinin dəfələrlə qalibi olan idmançı və məşqçi beş şagirdindən ibarət dəstə yaradıb.
