Rusiyada ticarət mərkəzində yanğın olub
Rusiyanın Kemerovo şəhərində "Laplandiya" ticarət mərkəzində yanğın baş verib.
“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kemerovo vilayətinin qubernatoru İlya Seredyuka istinadən məlumat yayıb.
"Binanın üzlüyü yanır. Ticarət mərkəzinin əməkdaşları və ziyarətçiləri təxliyə olunur", - o bildirib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hazırda fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədirlər.