Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar
12 iyun tarixindən etibarən Ermənistandan Rusiyaya bütün karantin məhsullarının tədarükü məhdudlaşdırılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
“12 iyun tarixindən etibarən “Rosselxoznadzor” Ermənistandan bütün karantin məhsullarının məhdudlaşdıracaq. Məhdudlaşma Rusiya ərazisindən keçməklə Aİİ ölkələrinə göndərilən məhsullara da aiddir. Qadağa göndərilən malların təhlükəsizliyini və izlənilə bilməsini təmin etmək üçün xüsusi bir alqoritm hazırlanana qədər qüvvədə qalacaq”, - məlumatda deyilib.
Qeyd olunub ki, qurum bu ilin may ayından etibarən Ermənistanın müəyyən növ karantin məhsullarının idxalını tədricən məhdudlaşdırır və həmçinin təchizatdakı fasilələr barədə dəfələrlə Ermənistan tərəfinə məlumat göndərib.