00:00:00
Yazar
Admin User
17.12.2025 08:18 108 1 dəq oxuma
İdman

Rusiyalı döyüşçü UFC-dən uzaqlaşdırılıb

Rusiyalı döyüşçü UFC-dən uzaqlaşdırılıb

Rusiyalı döyüşçü Vyaçeslav Borşev ardıcıl məğlubiyyətlərdən sonra UFC-dən uzaqlaşdırılıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

 

Son vaxtlar 33 yaşlı döyüşçünün karyerası uğursuz keçib. O, 2025-ci ildə ardıcıl üç məğlubiyyətlə üzləşib. Sonuncu dəfə noyabrda UFC 322-də Mateus Kamiloya (Braziliya) hakimlərin yekdil qərarı ilə uduzub.

 

Qeyd edək ki, V.Borşev 2021-ci ilin oktyabrında “Dana White's Contender Series”də şotlandiyalı Kris Dunkanı nokautla məğlub etdikdən sonra UFC-yə daxil olmuşdu.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər