Rusiyalı general Moskvada güllələnib
Rusiyanın ordusunda yüksək vəzifəli bir general Moskvada bir neçə dəfə güllələnərək yaralanıb.
General-leytenant Vladimir Alekseyev hücumdan dərhal sonra xəstəxanaya aparılıb, lakin vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Hücum Moskvanın şimal-qərb kənarlarında yerləşən yaşayış binasında baş verib. Alekseyev Rusiyanın GRU hərbi kəşfiyyatının əsas idarəsində ikinci şəxs hesab olunur və Ukraynaya qarşı tammiqyaslı işğalın təxminən dörd il əvvəl başlamasından bəri paytaxtda hədəfə alınan ən son yüksək rütbəli hərbçidir.
O, 2018-ci ildə Böyük Britaniyanın Salisbury şəhərində baş verən sinir qazı hücumunun arxasında GRU-nun dayanması ittihamlarından sonra Avropa İttifaqı və Böyük Britaniyadan sanksiyaya məruz qalıb.
BBC News
Səadət Əlizadə
