Rusiyanın BMT-də İranla bağlı taktikası danışıqların iflasa uğramasının qarşısını alıb
Rusiyanın BMT-də İranla bağlı apardığı siyasət danışıqların iflasa uğramasının qarşısını alıb.
Rusiya XİN-in rəsmisi Kirill Loqvinov bildirib ki, Moskva əvvəldən böhranın əsas səbəblərini nəzərə almayan və danışıqların nəticəsini öncədən müəyyənləşdirən birtərəfli təşəbbüslərə qarşı çıxıb və diplomatik proses ətrafında qarşıdurmasız mühitin qorunmasına çalışıb.
Onun sözlərinə görə, İran və ABŞ arasında sülh razılaşması ilə bağlı son xəbərlər bu yanaşmanın düzgünlüyünü təsdiqləyir. Loqvinov qeyd edib ki, Rusiya və Çin birgə səylərlə BMT Təhlükəsizlik Şurasında danışıqları poza biləcək qərarın qəbulunun qarşısını alıb və bundan sonra Tehranla Vaşinqton arasında atəşkəs razılaşmaları əldə olunub.
Tass
Mələk Hüseynova