00:00:00
Yazar
Admin User
28.12.2025 09:20 94 1 dəq oxuma
Dünya

Rusiyanın Rostov vilayətində yük qatarı relsdən çıxıb

Rusiyanın Rostov vilayətində yük qatarı relsdən çıxıb

Rusiya Federasiyasının Rostov vilayətində yük qatarı relsdən çıxıb.

 

“İnformator.az” xəbər verir ki, dekabrın 28-nə keçən gecə baş verən hadisə barədə Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.

 

“Şimali Qafqaz dəmir yolunun Kiziterinka-Protoçnaya məntəqələri arasında yük qatarının lokomotivinin təkər cütləri relsdən çıxıb. Hadisənin səbəbləri və şəraiti araşdırılır”, - qurumdan bildirilib.

 

Prokurorluğun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində bərpa işləri aparılır, nəzarət qurumu və hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

 

Bildirilib ki, hadisə səbəbindən 20 uzaqməsafəli və 5 şəhərətrafı qatarın hərəkəti ləngiyib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər