Rusiyanın sürətli dron inkişafı Ukrayna müdafiəsini çətinləşdirir
Moskvada yerləşən yüksək məxfi “Rubikon” bölməsi dron müharibəsinin gedişini dəyişərək Ukraynanın üstünlüyünü zəifliyə çevirib. Müdafiə naziri Andrey Belousovun dəstəyi ilə sürətlə genişlənən Rubikon yeni dron və robot texnologiyalarını inkişaf etdirir, o cümlədən radio siqnalı ilə bloklanması mümkün olmayan fiber-optik dronları.
Rubikonun effektivliyi artdıqca, Vladimir Putin Rusiyada pilotsuz uçuş aparatlarına həsr olunmuş xüsusi hərbi komandanlıq yaradıldığını açıqlayıb. Bu struktur artıq fəaliyyətə başlayıb və operator, mühəndis, texniklərdən ibarət geniş heyət cəlb olunub.
Mütəxəssislər bildirirlər ki, Rubikon təkcə öz dronları ilə deyil, digər rus dron bölmələrini də təlimləndirməsinə görə Ukrayna üçün əsas çətinliklərdən birinə çevrilib.
Cnn News
Ədilə Hüseynzadə