Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində sakinlər gecəni metro stansiyalarında keçirib
Rusiya ordusu dekabrın 27-də gecə saatlarında yenidən Ukrayna paytaxtı Kiyev şəhərinə hava zərbələri endirib.
“İnformator.az” xəbər verir ki, çoxsaylı dronlardan və müxtəlif raketlərdən ibarət hava zərbələri səhər saatlarınadək davam etdirilib.
Bu səbəbdən sakinlər gecəni sığınacaqlar, o cümlədən yeraltı metro stansiyalarında keçiriblər.
