Rusiyanın Voronej şəhərində PUA mənzilin üzərinə düşüb
Rusiyanın Ukrayna ilə sərhəddi yaxınlığında, Voronej şəhərində pilotsuz uçuş aparatının (PUA) mənzilə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, İHA-nın zərbəsi nəticəsində ətrafa səpələnmiş şüşə qırıqları nəticəsində 3 nəfərin yaralandığı barədə məlumatı paylaşan Qusev bölgədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çalışdığını bildirib.
Rusiya bir müddətdir müxtəlif bölgələrdə həyata keçirilən pilotsuz təyyarə hücumlarına görə Ukrayna tərəfini ittiham edir.
Aydan
