Rusiyaya məxsus helikopter qəzaya uğrayıb: ölənlər var
Rusiyanın Krasnodar diyarında Mi-2 helikopteri qəzaya uğrayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı Mi-2 helikopteri yerə düşüb. Hadisə nəticəsində iki pilot həlak olub.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.