00:00:00
Yazar
Admin User
17.10.2025 10:10 140 1 dəq oxuma
Yoxdur

Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir

Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir

İsveçin müdafiə naziri bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar daha da gücləndirilməlidir. Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirməli və Ukraynaya hərbi yardımı artırmalıdır.

 

Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyaya qarşı Avropa İttifaqı ötən ay yeni sanksiyalar qəbul edib:

 

“Fikrimcə Rusiyaya qarşı sanksiyalar bundan sonra da arta bilər. Bundan əlavə Rusiyadan qaz, neft alan ölkələrin bunu dayandırması vacib məsələdir. Çünki, sanksiyalar tətbiq etmək onları Rusiya ilə ticarət etməsini əngəlləmir. Rusiya ilə Qərb arasında Avropa İttifaqı da daxil olmaqla münasibətlər gərgindir. Rusiya ilə onlar arasında sadəcə diplomatik əlaqələr mövcuddur. Ticari əlaqələr demək olar ki, kəsilib. Avropa İttifaqının bəzi ölkələri neft, qaz almasını istisna etməklə, digər ticari əlaqələr kəsilib. Bu gərginlik də Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərir”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər