00:00:00
Yazar
Admin User
30.10.2025 17:23 132 1 dəq oxuma
Yoxdur

Rəvan Bağırovun ad gününə

Rəvan Bağırovun ad gününə

30 oktyabr-Azərbaycan efirinin tanınan simalarından biri, sevilən radio aparıcısı Rəvan Bağırovun ad günüdür.

 

Onun səsini tanımamaq çətindir. O səsdə bəzən səhər oyadan pozitiv enerji, bəzən də axşam sakitliyinə bürünmüş səmimiyyət gizlidir. Rəvan Bağırov illərdir ki, dinləyicilərin qəlbinə yol tapmağı bacaran nadir aparıcılardandır.

 

Radio-soyuq mikrofonla isti insan ruhunu birləşdirən yeganə məkandır. Rəvan isə o mikrofona can verən səsdir. Onun təqdimat tərzində təbii bir rahatlıq, dinləyiciyə yaxınlıq var. O, sanki efirdə deyil, evin bir otağında, dost masasının kənarında danışır kimi… Elə bu da onu dinləyicilərə doğma edir.

 

Bu gün onun ad günüdür. Bu gün o, təkcə bir yaş böyümür, həm də Azərbaycan radio tarixində öz səsini bir il daha dərinləşdirir. Hər buraxılışında dinləyicilərə sevinc, düşüncə və ruh qatmağı bacaran bir insanın ad gününü qeyd edirik.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər