“Səbail” Premyer Liqaya yüksəlmək üçün əsas iddialılardan olacaq”- Kənan Məstəliyev
“Səbail” növbəti transferini reallaşdırıb.
Bakı təmsilçisi son olaraq “Şahdağ Qusar”da çıxış etmiş yarımmüdafiəçi Rail Əmirquliyevin keçidini rəsmiləşdirib.
I Liqa klubu 20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki,Rail hazırda "Səbailin” həm oyunçusu, həm də klub prezidentinin müşaviri olan Rahid Əmirquliyevin qardaşı oğludur:
“Bu transferdə əsas səbəb budur. Qohumluq əlaqələri bu müqavilənin bağlanılmasında
xüsusi rol oynayıb. Ümumilikdə isə klub indiyə qədər çoxlu futbolçu transfer edib, komandanı komplektləşdirib. I Liqada mübarizə aparmaq üçün yaxşı, rəqabətədavamlı heyət yığa biliblər və Premyer Liqaya yüksəlmək üçün əsas iddialılardan olacaqlar”.
Nuray Əliyeva