Səbinə Əliyeva Vardanyanın saxlanıldığı müəssisəyə baş çəkib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun üzvləri ağır cinayətlərdə təqsirləndirilərək məhkum olunan erməniəsilli şəxslərin, o cümlədən Ruben Vardanyanın saxlanıldığı müəssisəyə baş çəkiblər.
"İnformator.az" xəbər verir ki, verilən məlumata görə, bütün istintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam təmin edilib.
Onların vəkillə təmin olunması, müdafiə mövqeyini hazırlaması və məhkəmə prosesində iştirak imkanları qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təmin edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları məhkəmə proseslərində iştirak edərək təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmini vəziyyətini bilavasitə müşahidə ediblər. Bununla yanaşı, Ombudsman Səbinə Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupunun təqsirləndirdiyi erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla bir neçə dəfə konfidensial görüşlər keçirilib, onların saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib.