00:00:00
Yazar
Lalə Qafarova
28.09.2026 23:11 55 2 dəq oxuma
Sosial

Şəhər mühiti və icazəsiz reklamlar

Şəhər mühiti və icazəsiz reklamlar

Binaların fasadında və ya obyektlərin önündə icazəsiz yerləşdirilən reklamlar vizual çirklənmə yaratmaqla yanaşı, sahibkarlar üçün ciddi hüquqi məsuliyyət doğurur. Qanunvericiliyə əsasən, müvafiq icazə olmadan reklam qurğularının quraşdırılması və yayımı qadağandır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən vəkil Zibeydə Sadıqova bildirib ki, bu sahədə əsas tənzimləyici qurum Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyidir (ADRA). Açıq məkanda reklam yerləşdirmək üçün öncədən icazə alınması mütləqdir. Bu fəaliyyət "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsi və müvafiq Prezident Fərmanı ilə tənzimlənir:

 

“İcazəsiz reklamın yerləşdirilməsi və ya digər hüquqpozmalar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri (xüsusilə 394 və 428-ci maddələr) ilə tənzimlənir”.

 

Vəkil qanunsuz reklam aşkarlandıqda dərhal cərimə tətbiq olunub-olunmaması məsələsinə də aydınlıq gətirərək prosesin mərhələli şəkildə aparıldığını qeyd edib:

 

“Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla akt tərtib edir. Bundan sonra reklam yayıcısına pozuntunun 5 gün ərzində aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstəriş verilir. Yəni “dərhal cərimə edilir” və ya “hər zaman əvvəlcə xəbərdarlıq olunur” yanaşması doğru deyil. Hər bir halda pozuntunun növü və konkret hüquqi əsaslar nəzərə alınır”.

 

Zibeydə Sadıqova cərimələrlə üzləşmək istəməyən sahibkarlar üçün çıxış yolunu da göstərib. O bildirib ki, ADRA-nın elektron icazə sistemi fəaliyyət göstərir və sahibkarlar reklam yerləşdirməzdən əvvəl müvafiq sənədləri elektron qaydada təqdim edərək tam qanuni şəkildə icazə ala bilərlər.

 

Ada Hacızadə

#şəhər #xəbər #reklamlar #baki #icazəsiz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər