00:00:00
Yazar
Səadət Əlizadə
07.07.2026 10:02 20 1 dəq oxuma
Media

Səhiyyə nazirinə yeni müavin təyin edilib

Səhiyyə nazirinə yeni müavin təyin edilib

Səhiyyə nazirinə yeni müavin təyin edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

 

Məlumata görə, səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyovun nazir müavini kimi fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.

 

Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. Uzunmüddətli fəaliyyəti ərzində korporativ və dövlət sektoru üçün mürəkkəb texnoloji layihələrin idarə edilməsindən başlayaraq, Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.

 

O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.

 

2021-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

#edilib #nazirinə #müavin #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər