00:00:00
Yazar
Admin User
20.11.2023 16:02 293 2 dəq oxuma
Sosial

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır?

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır?

"Vətəndaşlara kompensasiya ayrılan zaman onların daşıma xərcləri də daxil olmaqla, hər bir nüanslar nəzərə alınır".

 

Bu ifadəni İnformator.az-a açıqlqmasında “Uniprice” Qiymətləndirmə Şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə söyləyib.

 

“Ümumiyyətlə söküntü prosesləri 2 üsulla aparılır. Bunlardan biri dövlətin apardığı söküntü prosesləridir. Bu halda köçürülmələr zamanı ilkin olaraq, vətəndaşların evləri qiymətləndirilir. Evlər qiymətləndiriləndən sonra isə onlara lazımi qədər kompensasiya ayrılır".

 

Ekspertin sözlərinə görə, kompensasiya daşınmaz əmlakın yerləşdiyi yerə əsasən müəyyən edilir.

 

"Kompensasiya ayrılan zaman vətəndaşların daşıma xərcləri də daxil olmaqla hər bir nüans nəzərə alınır. Daşınmaz əmlak bazar dəyərinə uyğun olaraq qiymətləndirilməlidir. Yəni, həmin əmlakın yerləşdiyi yer üzrə anoloji satışlar nəzərə alınmalıdır. Belə ki, həmin ərazidə 1 kvadratmetrin dəyəri bazar üzrə nə qədər təşkil edilirsə, o istiqamətdə də dəyərləndirilir və vətəndaşa konsepsiya ayrılır”.

 

Ramil Qasımzadə qeyd edir ki, vətəndaş kompensasiya əldə etdikdən sonra özünə ev alıb köçür və köçmə zamanı daşıma xərcləri də ödənilir.

 

"Digər söküntü layihələri də var ki, onlar hansısa sahibkarlar tərəfindən yerinə yetirilir. Nəticədə isə sökülən binanın yerində yenisi inşa edilir”.

 

Ekspert deyir ki, bunlara el arasinda pilot layihə deyilir.

 

“Lakin, hazırda pilot layihələr Rayon İcra Hakimiyyətinin razılaşmasına əsasən, həyata keçirilir. Həmin müddətdə vətəndaşlar kirayə mənzil tuturlar və onun dəyəri ödənilir. Təbii ki,vətəndaşlara yalnız onun mənzilinə uyğun olaraq pul ödənilir. Bu məbləğ 400 manatdan başlayaraq, 700 AZN-ə qədər olan büdcəni əhatə edir. Hər bir daşınmaz əmlak analoji satışla qiymətləndirmə aparılır, yəni həmin ərazidə qiymətlər nə qədərdirsə, ona uyğun da hesablanır", - deyə ekspert yekublaşdırıb.

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər