Şərqi Himalayda beş yeni miniatür qurbağa növü aşkarlanıb
Alimlər Hindistanın Şərqi Himalay bölgəsində buynuzlu kiçik qurbağaların beş yeni növünü aşkar ediblər. Bu kəşf həmin qurbağa qrupuna aid məlum növlərin sayını iki dəfədən çox artırıb.
Dehli Universiteti və Harvard Universitetinin alimləri beş il davam edən araşdırmalar nəticəsində yeni növlərin Jingophrys qrupuna aid olduğunu müəyyən ediblər.Yeni növlərdən biri ilbizlə qidalanan buynuzlu qurbağa (Jingophrys tanogogo) adlanır. Bu, Hindistanda ilbizlə qidalandığı məlum olan ilk qurbağa, həmçinin.bu qida növü ilə qidalanan ailəsinin ilk nümayəndəsidir.Himalay dağları qurbağaların təkamülündə əvvəllər düşünüldüyündən daha böyük rol oynayıb. Bölgə həm də biomüxtəliflik baxımından əhəmiyyətli, lakin kifayət qədər öyrənilməmiş ərazilərdən biridir.
DNT analizləri göstərib ki, milyonlarla il ərzində Himalay dağlarının yüksəlməsi və Asiya mussonlarının formalaşması bu qurbağaların müxtəlif növlərə ayrılmasına təsir edib.Alimlər bildirirlər ki, yeni növlərin bəziləri çox gizli həyat tərzi keçirir və yalnız qısa çoxalma mövsümündə ucqar meşələrdə müşahidə olunur.