Səudiyyə Ərəbistanından tarixi qərar: Son 26 ilin ən böyük neft endirimini elan edib
Səudiyyə Ərəbistanı əsas neft markasının qiymətində son 26 ilin ən böyük endirimini elan edib: avqust ayında Asiya bazarı üçün "Arab Light" markalı neftin bir barelinin qiyməti 11 dollar müəyyən edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun qiymət siyahısına istinadən xəbər yayıb.
Müəyyən edilmiş qiymət regional bençmarka (istiqamətverici qiymətə) nisbətdə 1.5 dollar endirim nəzərdə tutur. Bu, "Bloomberg" analitiklərinin proqnozlaşdırdığı 8 dollarlıq endirimdən daha əhəmiyyətlidir.