Şükür bu günə!!!
1993-cü il 25 avqust Füzulinin işğal günü 2020-ci il 17 oktyabr Füzulinin işğaldan azad olunduğu günlə əvəzləndi. Artıq Füzuli sakinləri öz torpaqlarında yaşamağa başlayıblar.
Əslən Füzulidən olan Gülşanə Vəliyeva kiçik yaşlarında Ermənistan ordusunun hücumi ilə rayondan didərgin düşərək, Qaçqınlar Qəsəbəsində yaşamağa başlayıb. "Atam bizə Füzulidən bir ovuc torpaq gətirmişdi, indi biz səbrlə təmir işlərinin başa çatdığını gözləyirik ki, bizi öz evimizə yerləşdirsinlər" deyən Gülşanə xanım bu tarixi Qələbənin onlar üçün əvəzedilməz xoşbəxtlik adlandırır. “Ailəlikcə bu qələbəyə çox sevinirik. İllərdir öz torpağımızda yaşamağın, hər səhəri öz evimizdə, öz vətənimizə açmağın xəyalını qururuq. Şükür bu günə!!!”.
Qeyd edək ki, 144 ailə - 509 nəfər Füzuliyə qayıdıb. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
ÇİNARƏ MURADOVA
