00:00:00
Yazar
Admin User
07.02.2026 18:17 60 1 dəq oxuma
Dünya

Sülhə etibar etmək olmaz, birbaşa toqquşma ola bilər

Sülhə etibar etmək olmaz, birbaşa toqquşma ola bilər

Qərb ölkələrinin Ukraynaya verməyi planlaşdırdığı təhlükəsizlik zəmanətlərinə tam etibar etmək mümkün deyil.

 

"İnformator.az"xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi Partiyasının fəalları ilə keçirilən görüşdə deyib.

 

Baş nazir hesab edir ki, Ukrayna və Rusiya razılığa gəlsə belə, mövcud münaqişə yenidən baş verə bilər:

 

“Hətta indi sülh bağlansa belə, sülhün bir-iki il sonra da davam edəcəyinə kim zəmanət verə bilər? Hadisələr gələcəkdə mənfi istiqamətdə inkişaf edərsə və Ukrayna yaxın gələcəkdə AB-yə qəbul olunarsa, Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi yaranacaq”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər