00:00:00
Yazar
Admin User
01.01.2026 16:45 81 1 dəq oxuma
Dünya

“Sülh sazişi 90 faiz hazırdır”

“Sülh sazişi 90 faiz hazırdır”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün sülh sazişinin “90 faiz hazır olduğunu” deyib.

 

Yeni il müraciətində Ukrayna lideri bəyan edib ki, dörd ilə yaxın davam edən münaqişəyə son qoyulması ilə bağlı razılaşmanın qalan 10 faizi “sülhün, Ukraynanın və Avropanın taleyini müəyyən edəcək”. Rusiya Prezidenti Vladimir Putin yeni il müraciətində əsgərlərinə “Biz sizə və qələbəmizə inanırıq”,- deyib.

 

Moskva həmçinin Ukraynanın Rusiyanın şimal-qərbindəki Valday gölünün sahilində Putinin şəxsi iqamətgahını çərşənbə günü pilotsuz uçuş aparatları ilə hədəfə aldığını iddia etdiyi sənədləri də yayımlayıb. Kiyev bu ittihamları qəti şəkildə rədd edib.

 

BBC News

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər