00:00:00
Yazar
Admin User
26.02.2024 18:44 470 1 dəq oxuma
Sosial

Süni intellekt həlli ilə "Xocalıya ədalət!" müsabiqəsi

Süni intellekt həlli ilə "Xocalıya ədalət!" müsabiqəsi

Bu gün Beynəlxalq Muğam Mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi Süni intellekt həlləri ilə “Xocalıya ədalət” gənclərin gözündə müsabiqəsinin qalibləri elan edilib. 

 

Ümumilikdə müsabiqəyə 100-dən çox iş təqdim olunub. Sərgiyə gələn qonaqlar yüzdən çox iş arasından yalnız seçilənlərlə tanış ola biliblər. Sərgidə mətbuat nümayəndələri, tanınmış şəxslər də iştirak ediblər.

 

Müsabiqənin ilk 3 yerinin qaliblərinin təyin edilməsində məşhur fotojurnalist Reza Deqati də iştirak edib. 

 

Müsabiqəyə təqdim olunan və seçilib sərgilənən işlər arasında "informator.az"ın əməkdaşı Məryəm Abdullazadənin də işi var. Kollektivimiz adından əməkdaşımıza uğurlar arzulayır, nailiyyətlərinin davamlı olmasını diləyirik.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər