Süni intellekt uşaq inkişafı üçün təhlükədirmi?
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət qurumu olan YUNESKO nəşr etdiyi bələdçidə məktəb yaşlı uşaqların məhsuldar süni intellekt alətlərindən istifadə etməsinə diqqət çəkib. Nəşr olunan bələdçidə ChatGPT kimi proqramların uşaq inkişafına mənfi təsir göstərə biləcəyi ifadə edilib və müəyyən yaş məhdudiyyəti tələb olunub.
YUNESKCO-nun nəşr etdiyi bələdçiyə əsasən, 13 yaş və yuxarı uşaqların mövcud vasitələrdən valideynlərinin və ya müəllimlərinin nəzarətində istifadə etmələrinin daha məqsədəuyğun olduğu bildirilib. Bu, ekspertlər tərəfindən hər zaman vurğulanan bir məqamdır.
YUNESKO-nun hazırda tövsiyə etdiyi yaş qrupu 13 və yuxarıdır. Bu kontekstdə ekspertlər onların təkliflərini əsaslı hesab edirlər.
