Süni intellektdən istifadə edən Marvel-ə böyük reaksiya
Marvel Studios-un Disney+ serialı Secret Invasion açılış musiqisi zamanı süni intellektdən istifadə etdiyinə görə sənətçilər və izləyicilər tərəfindən tənqid edilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, serialın icraçı prodüseri və rejissoru Əli Səlim musiqilərin daha əvvəl müxtəlif layihələrdə işlədikləri "Method Studios" tərəfindən süni intellektdən istifadə edilərək yaradıldığını təsdiqləyib.
Serialın sevənləri və sənətçilər isə Marvel Studios-u kinoda süni intellektdən istifadənin “sənətçilərin iş imkanlarını əlindən aldığını” və “etikaya zidd” olduğunu əsas gətirərək tənqid edirlər.
Qeyd edək ki, WGA tərəfindən mayın 2-də süni intellekt texnologiyasına qarşı sənətçilərin müxtəlif hüquqlarını qorumaq üçün tətil başladılıb.
Şəbnəm
