00:00:00
Yazar
Admin User
08.04.2025 07:03 244 1 dəq oxuma
Sosial

Süni intellektin qərarını kim verir?

Süni intellektin qərarını kim verir?

Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə, texnologiyanın özü qədər onun doğurduğu etik suallar da gündəmdədir. IT mütəxəssisi Elvin Həsənov hesab edir ki, bu inkişafın arxasında cavabı hələ də verilməmiş mühüm suallar dayanır: “Kim qərar verir? Nə əsasında? Və ən əsası – bu qərarların məsuliyyəti kimdədir?”

Elvin Həsənov "İnformator.az"a deyib ki, süni intellekt sistemlərinin qərar vermə prosesi şəffaflıqdan uzaqdır:

"Bu sistemlər çox zaman milyonlarla verilən üzərində qurulan mürəkkəb modellərlə işləyir. Ancaq bu modellərin hansı əsasla qərar verdiyini anlamaq demək olar ki, qeyri-mümkündür. Təsəvvür edin, səhiyyədə yanlış diaqnoz, ya da bank sektorunda əsassız kredit rəddi – bu kimi hallarda izaholunmayan qərarların ciddiliyi ölçüyəgəlməz ola bilər. Süni intellekt böyük məlumat analizinə əsaslanır. İstifadəçilərin razılığı olmadan onların məlumatlarının toplanması etik və hüquqi baxımdan ciddi problem yaradır. Bu, texnologiyaya olan ictimai etimadı sarsıda bilər".

Elvin Həsənov süni intellektin əmək bazarına təsirini də ciddi sosial-etik məsələ kimi qiymətləndirir:

"Avtomatlaşdırma bir çox ixtisasları arxa plana atır. Yeni texnologiyalar yeni imkanlar yaratsa da, keçid dövrü düzgün idarə olunmazsa, sosial bərabərsizlik və təbəqələşmə dərinləşə bilər. Texnologiyanın tətbiqi zamanı insan amili gözardı edilməməli, bacarıqların yenilənməsi və etik çərçivələrin formalaşdırılması prioritet olmalıdır".

Ceyhun Vaqifli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər