Sürücülər yeni parklanma qaydasından xəbərsizdirlər
Artıq paytaxtda parklanmaya görə ödənişlər nağdsız qaydada həyata keçirilir.
İnformator.azxəbər verir ki, bu məqsədlə zonalar üzrə parklanma yerləri müəyyən edilib. Maliyyə şəffaflığının təmin edilməsi gözlənilir. Yəni bundan sonra sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi qanunsuz hesab ediləcək. Ödənişlərin mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə edilməsi nəzərdə tutulur. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və birinci zonadan başlanılıb. AYNA-nın mətbuat katibi Tural Orucovun sözlərinə görə, yeni qaydalar mərhələli şəkildə Bakının bütün inzibati ərazisini əhatə edəcək. Sistemin əhatə etdiyi ərazilərdə nəqliyyat könüllüləri fəaliyyət göstərirlər. Onların imkanlarınan istifadə edərək insanlar ödənişi həyata keçirə biləcəklər.
Yeni qaydalara görə, sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücüləri cərimə gözləyir. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlərin də cərimələnməsi nəzərdə tutulur.
Bu qaydalardan sürücülərin xəbərdar olub-olmaması ilə marqlandıq. Sürücülər özləri də etiraf edirlər ki, sadə adamlara bu sistemlə işləmək bir az çətin olacaq. Çox adam üçün nağd ödəmək daha asandır. “İndi çox adam əziyyət çəkəcək: "Mən indi dayandım, taksi sürücüsüyəm, biz aylıq veririk. Ona görə bilmirəm ki, bizə aiddir, yoxsa yox?”. Bəzi sürücülər isə, ümumiyyətlə parkinqlərdəki ödənişlərdən xəbərsizdir.
Qeyd edək ki, Bakıda ümumilikdə 5 Parklanma zonası müəyyən edilib. Mərkəz zona şəhərin tarixi hissəsini, digər zonalar isə ordan kənarlaşdıqca, ətraf əraziləri əhatə edir. Hər zonaya uyğun ödəniş məbləği müəyyənləşdirilib. Qiymətlər birinci zonada 1 manatdan başlayır. Parklanma ərazisindən 100 metr sağ və sol məsafədə yerləşən binalarda qeydiyyatda olan sakinlər üçün parklama ödənişsizdir. Bunun üçün onlar aidiyyəti üzrə müraciət edib parklanma talonları əldə etməlidirlər.
Aysu
