SÜRƏTLİ QATARLARDA SABAHA GÖZLƏNİLƏN VƏZİYYƏT
Tıxaca düşməmək üçün Sumqayıt-Bakı qatarlarından da istifadə edənlər az olmayacaq. Amma orda da insan tıxacı yaranacağı dəqiqdir. Təbii ki, dəmir yolları qapalı səhmdar cəmiyyəti də sabaha, ümumiyyətlə yeni mövsümə hazırlığını görüb.
Dərs ili başlamasa da, artıq qatarlarda sıxlıq müşahidə etmək olur. ADY-nin şöbə müdiri Sənubər Nəzərov deyilir ki, hazırda gündəlik olaraq 25 min sərnişin daşınır. "Yeni tədris mövsümü də nəzərə alınıb. Bunun üçün artıq Abşeron dairəvi dəmiryolu xətti üzrə əlavə 6 reys təyin edilib. Bununla da daha 2 min sərnişin mənzil başına tez və rahat çatmaq üçün sürətli qatardan istifadə edə biləcək". İntervallar xüsusilə səhər saatlarında istər tələbələr, istər iş adamlarının vaxtında işə çata bilməsinə uyğun hesablanıb. "Ən çox sərnişinlərimizin təklif və rəyləri Sumqayıt-Pirşağı-Bakı istiqamətində saat 7:50-yə olan reysin bərpası ilə bağlıdır. Bu da nəzərə alındı. Artıq sabahdan etibarən 7:50 reysiylə sərnişinlərimiz rahat, təhlükəsiz səfər edə bilərək, Bakı Dəmiryolu Vağzalına saat 8:42-də çata biləcəklər".
Qeyd edək ki, hazırda ümumi 9 sürətli sərnişin qatarı fəaliyyət göstərir. Növbəti ildə daha 10 qatarın alınması nəzərdə tutulur.
AİDƏ
