00:00:00
Yazar
Elmira Ağayeva
19.08.2026 21:48 10 1 dəq oxuma
Sosial

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub

 

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran şəhəri olub. “Gənclərlə, gənclər üçün” devizi ilə keçirilən layihə 17-21 avqust tarixlərində Lənkəran gənclərini əhatə edir.

Layihənin əsas məqsədi region gənclərinin ictimai həyatda iştirakını artırmaq, onların yaradıcı və intellektual potensialını üzə çıxarmaq, eləcə də gənclər üçün mövcud dövlət dəstəyi imkanlarını daha əlçatan etməkdir.

Beş günlük proqram çərçivəsində gənclər “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında müxtəlif vörkşop, ustad dərsləri, viktorina və intellektual yarışlarda iştirak edirlər.


Proqram zamanı narkomaniyanın qarşısının alınması, ekologiya, peşə və ixtisas seçimi, karyera planlaması, müasir əmək bazarının tələbləri və süni intellekt texnologiyalarının yaratdığı imkanlarla bağlı maarifləndirici görüş və təlimlər də təşkil olunur.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsinin noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə etməsi nəzərdə tutulur.

 

Elmira Ağayeva

#yeni #dayanacağı #lənkəran #layihəsinin #“səyyar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər