00:00:00
Yazar
Elmira Ağayeva
12.08.2026 17:16 34 1 dəq oxuma
Sosial

“Səyyar Gənclər Xidməti” Xızıda fəaliyyət göstərir

“Səyyar Gənclər Xidməti” Xızıda fəaliyyət göstərir

 

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Xızı rayonu olub.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə 10-14 avqust tarixlərində Xızı gəncləri üçün müxtəlif fəaliyyətlər təşkil edir.

Layihənin əsas məqsədi region gənclərinin ictimai iştirakçılığının artırılması, yaradıcı potensiallarının üzə çıxarılması və dövlət dəstəyi mexanizmlərinin onlar üçün daha əlçatan olmasına şərait yaratmaqdır.

 

Xızıda keçirilən tədbirlər çərçivəsində gənclər üçün maarifləndirici görüşlər, təlimlər, vörkşoplar, ustad dərsləri, viktorinalar və intellektual yarışlar təşkil olunur.

 

Təlimlər zamanı iştirakçılara ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, əmək bazarının tələbləri, eləcə də süni intellekt texnologiyalarının yaratdığı imkanlar barədə məlumat verilir.

 

Beş günlük proqram çərçivəsində fəaliyyətlər “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonaları üzrə həyata keçirilir.


Qeyd edək ki, bu il səkkizinci dayanacağına çatan “Səyyar Gənclər Xidməti” layihəsinin noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə etməsi nəzərdə tutulur.

#xəbər #yeni #gündəm #azərbaycan #xidməti”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər