00:00:00
Yazar
Elmira Ağayeva
14.09.2026 22:38 90 2 dəq oxuma
Sosial

“Səyyar Gənclər Xidməti” Yardımlıda

“Səyyar Gənclər Xidməti” Yardımlıda

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Yardımlı rayonu olub.

7–11 sentyabr tarixlərində “Gənclərlə, gənclər üçün” devizi ilə keçirilən layihə çərçivəsində yüzlərlə gəncin liderlik və peşəyönümlü bacarıqlarının inkişafı, ictimai fəallığının artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsinə yönəlmiş tədbirlər təşkil olunub.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Miramil Səmədli və Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri İsmayıl Süleymanov çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıblar.

Layihə çərçivəsində Yardımlı gəncləri üçün maarifləndirici təlimlər və sərgi təşkil olunub. Həftə ərzində gənclər peşə seçimi və karyera planlaması, könüllülük, rəqəmsal inkişaf və yeni texnologiyalar, sağlam həyat tərzi mövzularında interaktiv təlimlərə qatılıblar.


“Səyyar Gənclər Xidməti” çərçivəsində “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonaları da fəaliyyət göstərib. Burada intellektual yarışlar, viktorinalar və master-klasslar keçirilib, gənclərin bacarıqlarını nümayiş etdirmələri və yeni əlaqələr qurması üçün imkan yaradılıb.

Layihənin sonunda fəaliyyətlərdə fərqlənən gənclər müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi noyabr ayınadək Azərbaycanın 20 rayon və şəhərində mərhələli şəkildə davam etdiriləcək.

Elmira Ağayeva

#yeni #“səyyar #baki #xidməti”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər