00:00:00
Yazar
Zəhra Həsənova
09.06.2026 18:12 41 2 dəq oxuma
Siyasət

Saar: Ermənistanla Azərbaycan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək

Saar: Ermənistanla Azərbaycan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək

Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki,  Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Güney Qafqazda sülhün və sabitliyin əldə olunması üçün olduqca böyük önəm daşıyır:

 

"Belə ki, məhz Ermənistanın 30 il müddətində davam edən işğalı Güney Qafqaz regionunu dünyada gedən qlobal proseslərdən kənarda saxlamış və onun inkişafına ciddi mane olub. Artıq altıncı ildir ki, bölgədə yeni reallıqlar yaranıb. Azərbaycan öz ərazi bütövlüyünün suverenliyini tam şəkildə bərpa edib. Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atılıb və sülh müqaviləsinin mətni də paraflanıb. Artıq Ermənistanda parlament seçkiləri keçirilib. Nikol Paşinyan yenidən qələbə çalıb və öz hakimiyyətini qoruyub. Artıq onun sülh vədləri ilə bağlı real addımların atılması üçün zamanın yetişdiyini söyləmək olar. Sülh müqaviləsinin imzalanması ilk növbədə regionda kommunikasiyaların açılmasına ciddi töhfə verəcək"

 

Həmçinin politoloq qeyd edib ki, bundan başqa sülh müqaviləsinin imzalanması şübhəsiz ki, müharibə ehtimalını ciddi şəkildə ortadan qaldıracaq ki, bu da bölgənin sabit və dayanaqlı sülhə malik olduğunun göstəricisi olacaq:

 

"Bunun da nəticəsində bölgəyə beynəlxalq qurumlardan və kənardan böyük investisiyaların axmasına imkan yaradacaq ki, bu da bölgədə rifahın və inkişafın təməlini təşkil edəcək. Və sülhün əldə olunması şübhəsiz ki, təhlükəsizlik baxımından olduqca vacib şərtdir. Belə ki, artıq bundan sonra Güney Qafqazda üçlü formatın yaranması mümkün ola bilər. Necə ki, bunu Azərbaycan prezidenti 2023-cü ilin noyabrında Gürcüstan səfərində bəyan etmişdi ki, təxminən Baltikyanı ölkələrin qurduğu əlaqələr kimi Üst Qafqaz ölkəsi arasında da münasibətlər ciddi şəkildə inkişaf edə bilər. Ticarət, kooperasiya ciddi və önəmli şəkildə arta bilər ki, bu da bölgənin rifahına təsir göstərər. Eyni zamanda savaş təhlükəsi tamamə aradan qalxar. Savaş təhlükəsinin aradan qalxması, qarşılıqlı etimadın möhkəmlənməsi həm də kənar güclərin bölgəyə təsir imkanlarını da ciddi şəkildə məhdudlaşdırar ki, bu da bölgənin sabitliyi və rifahının inkişafı baxımdan çox böyük önəm daşıyar".

 

Günel Əlili

#əməkdaşlığı #xəbər #ermənistanla #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər