00:00:00
Yazar
Lalə Qafarova
14.05.2026 21:54 15 2 dəq oxuma
İdman

"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub

"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub

Finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a idman eksperti Kənan Məstəliyev qarşılaşmanı şərh edib:

 

"Hər iki komanda dünən finala qələbə üçün köklənmişdi. Amma görünən o oldu ki, 90 dəqiqə ərzində qələbəni daha çox istəyən tərəf “Sabah” idi və nəticədə onların qalib gəlməsi də məntiqli alındı.

Çünki “Zirə” oyuna ilk 15 dəqiqədə yaxşı başlamışdı, erkən qol imkanları yaratmışdı. Lakin bunun davamını gətirə bilmədi. “Sabah” isə daha üstün oyun nümayiş etdirərək keyfiyyətli hücum futboluna üstünlük verdi. Bunun əsas səbəblərindən biri də odur ki, “Sabah” artıq dəfələrlə sübut edib ki, qapanan müdafiəyə qarşı oynamağı bacarır və belə müdafiələri yarmaqda çətinlik çəkmir.

Məsələn, bu, bəzi hallarda Qarabağ FK üçün problemə çevrilir. “Qarabağ”ın zəif tərəflərindən biri məhz qapanan müdafiələrə qarşı bəzən çətinlik yaşamasıdır. Amma “Sabah”da bu problem yoxdur. Eyni zamanda heyətdə fərdi keyfiyyəti yüksək olan futbolçular çoxdur və sən onlara qarşı qapanırsansa, gec-tez bunun həllini tapıb qol vururlar. Elə bu oyunda da belə oldu.

Qeyd etdiyim kimi, “Sabah” daha yaxşı formalaşmış, daha işlək və daha keyfiyyətli futbolçulardan qurulmuş heyətə malikdir. Oyunu taktiki baxımdan da yüksək səviyyədə düzgün quraraq qələbə qazandılar. Məncə, bu matçda “Sabah”ın qələbəsi tam layiqli qələbə idi". 


Reyhan Qulizadə

#yeni #gündəm #"sabah" #mövsümündə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər