00:00:00
Yazar
Admin User
13.04.2016 09:20 447 1 dəq oxuma
Sosial

Sabah Azərbaycanda hava yağmurlu olacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Sabah Azərbaycanda hava yağmurlu olacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnformator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 14-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər