00:00:00
Yazar
Banuçiçək Məmmədova
09.06.2026 13:23 38 1 dəq oxuma
Sosial

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən "İnformator.az" a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 17-19° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-27° isti olacaq.

#olacaq #azərbaycan #sabah #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər