00:00:00
Yazar
Zəri Bayramlı
12.06.2026 23:17 19 1 dəq oxuma
İdman

"Sabah" braziliyalı futbolçu Almeydanın transferini açıqlayıb

"Sabah" braziliyalı futbolçu Almeydanın transferini açıqlayıb

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Klubdan "İnformator.az"a verilən məlumata görə, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

 

26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib.

 

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.

#xəbər #almeydanın #baki #açıqlayıb #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər