00:00:00
Yazar
Səadət Əlizadə
27.05.2026 19:54 22 1 dəq oxuma
İdman

"Sabah" Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb

"Sabah" Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb

"Sabah" futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb.

 

Hücumçu ilə bağlanmış yeni sözləşmənin müddəti 2 ildir.

 

Mikels "Sabah"ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.

 

Ruanda millisinin də üzvü olan futbolçu "Sabah" forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.

#yeni #müqavilənin #müddətini #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər