00:00:00
Yazar
Zəhra Həsənova
29.05.2026 17:28 20 1 dəq oxuma
İdman

"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb

"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb

“Sabah”ın son illərdəki uğurlarında pay sahibi olan Pavol Şafrankonun komandadan ayrılması paytaxt klubunun yay planlamasında diqqət çəkən dəyişikliklərdən biri olub. Təcrübəli hücumçu həm qolları, həm də vacib oyunlardakı çıxışı ilə azarkeşlərin yaddaşında qalıb.


"Komanda çempiondur, eyni zamanda təcrübəli baş məşqçisi var. Komanda rəhbərliyi də futbolu yaxşı bilən insanlardır".


Bu sözləri idman jurnalisti, ekspert Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, komandadan ayrılsa da, onun yerinə yaxşı oyunçu gətiriləcək:

 

"Yəni "Sabah"  klubunun seleksiya işlərinə mənim inamım var ki, yeni oyunçular da yaxşı olacaq. Sözsüz ki, bir futbolçu komandaya öyrəşdisə, onun gedişindən sonra müəyyən dəyişikliklər ola bilir, bu isə normaldır. Amma yenə də, "Sabah"ın bu gün büdcəsi də, seleksiya işi də ona yetir ki, yenidən yaxşı futbolçu komandaya cəlb etsin. Ümid edirəm ki, olacaq da, burada şübhəm yoxdur. Bircə bu məsələ var ki, müasir standartlara cavab verən, müasir futbolun özəyini təşkil edən oyunçular olsun. Yəni sürətli, qol vuran, eyni zamanda müdafiəyə kömək edən hücumçular lazımdır. Bu gün də bazarda daha çoxdur. Ona görə də, həmin istiqamətdə transfer olsa, komandaya xeyir verə biləcək".


Zəhra Möhübbətova

#ayırıb #hücumçusu #pavol #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər